Təqvim
Daha bir şəhərin içməli su təchizatı infrastrukturunun yenidən qurulmasına başlanılıb (+FOTO=3)
30 avqust 2019 - 16:48

AZpress.AZ xəbər verir ki, respublikamızın daha bir şəhərinin içməli su təchizatı infrastrukturunun yenidən qurulmasına başlanılıb. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində cəbhə bölgəsində yerləşən Füzuli rayonunun Horadiz şəhərində icra olunan layihə çərçivəsində şəhərdə yeni su təchizatı sistemləri yaradılır.

Füzulu rayonunun Horadiz qəsəbəsində sovet dövründə mərkəzləşdirilmiş su təchizatı sistemləri mövcud olsa da 1993-cü ildə Ermənistan silahlı qüvvələrinin işğalından sonra qəsəbədəki yaşayış evləri və kommunal infrastruktur, o cümlədən su təchizatı sistemləri dağıdılıb. 1994-cü ilin yanvarında aparılan uğurlu əməliyyat nəticəsində işğaldan azad olunan Horadiz qəsəbəsinə 2007-ci ildə şəhər statusu verilib. Ötən müddətdə su təchizatı sistemləriniin bir hissəsi bərpa olunub və şəhərin mərkəzi hissəsində kanalizasiya şəbəkəsi yaradılıb. Son illər Horadiz şəhərinin inkişafı və böyüməsi, həmçinin mövcud infrastukturun köhnəlməsi əhaliyə keyfiyyətli xidmət göstərilməsinə imkan vermirdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Horadiz şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin layihələndirilməsi və yenidən qurulması ilə bağlı tədbirlər haqqındaSərəncamına əsasən, 2019-cu ilin may ayında Horadiz şəhərində yeni layihənin icrasına başlanılıb. Layihəyə əsasən, ilkin mərhələdə Horadiz şəhərinin mərkəzi hissəsinin içməli su təchizatını yaxşılaşdırmaq məqsədilə 3 subartezian quyusu qazılması nəzərdə tutulub. Hazırda quyuların qazılması ilə paralel olaraq 100 kubmetr həcmində sutoplayıcı anbarın və nasos stansiyasının tikintisi davam etdirilir. Su mənbəyindən Horadiz şəhərinə qədər 2,6 km uzunluğunda magistral su xəttinin tikintisi yekunlaşıb. Şəhərin dayanıqlı su təchizatının aparılması məqsədilə ümumi tutumu 3000 kubmetr olan 2 ədəd su anbarı inşa olunacaq. Hazırda həcmi 1500 kubmetr olan birinci anbarın tikintisi davam etdirilir.

Tikinti işlərinə başlanılan qısa müddət ərzində inşası nəzərdə tutulan 20 km su şəbəkəsinin 16 km-lik hissəsi inşa edilib, 1500 ünvandan 1000-ə qədəri yeni şəbəkəyə qoşulub. Yaxın vaxtlarda içməli su şəbəkəsinin inşası başa çatacaq və layihənin birinci mərhələsində 6 minədək sakinin içməli su təchizatı yaxşılaşdırılacaq.

Növbəti mərhələdə görüləcək işlər bütün Horadiz şəhərini əhatə edəcək. Bu məqsədlə 3 yeni subartezian quyusunun qazılması, şəhərdaxili su şəbəkəsinin 70 km-dək genişləndirilməsi, ev birləşmələrinin sayının 3500-ə çatdırılması nəzərdə tutulur. Bu layihə çərçivəsində gələcəkdə rayonun Mollaməhərrəmli və Arayatlı kəndlərinə də içməli suyun verilməsi nəzərdə tutulur. Ümumilikdə bu layihədən rayonun 15 min sakini faydalanacaq. İlkin qiymətləndirmələrə görə Horadiz şəhərində 48 km tullantı su şəbəkəsinin, 2 km kollektorun tikintisi və 2500 ünvanın kanalizasiya şəbəkəsinə qoşulması planlaşdırılır. Tullantı sularının təmizlənib kənarlaşdırılması məqsədilə məhsuldarlığı sutkada 4000 kubmetr olan tullantı sutəmizləyici qurğunun tikintisi layihələndirilib.

 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
Aqrar
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
Uşaqların Beynəlxalq Müdafiəsi Günü – MASALLIDA 11:46, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə