Təqvim
Bakıda I Dünya İslam Kulinariya Konqresi keçirilib (ViDEO+FOTOLAR)
18 iyul 2019 - 12:16

16-18.07.2019- cu il tarixlərində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin Azərbaycan Milli Kulinariya Mərkəzi, İslam Ölkələri Kulinariya Təşkilatlarının Dünya Birliyi, Azərbaycan Milli Kulinariya Assosiasiyasının təşkilatçılığı, "Super Sun" və " Azərçayın" sponsorluğu ilə Bakı şəhərində I Dünya İslam Kulinariya Konqresi, Dünya İslam Kulinariya Təşkilatının II Konfransı, II İslam Kulinariya Çempionatı keçirilir. Konqresin keçirilməsində əsas məqsədlərdən biri Dünya İslam Kulinariya Birliyinin (WICS) ofisinin daimi olaraq Azərbaycana keçirilməsidir. 
Konqres “Dreamland Golf Club Baku” kompleksinin ərazisində (ünvan: Bakı, Xətai rayonu, Zığ şossesi, 22-ci km) keçirilir. Qonaqlar “Dreamland Baku” otelində yerləşdirilib. Konqresdə 25 ölkə iştirak edir.
Konqress çərçivəsində halal qida sərgisi, aşpaz və qənnadçıların İslam mətbəxi yarışları, WICS kateqoriyalı münsif kursları, Dünya İslam Kulinariya təşkilatının II konfransı da keçirilir. Konfrans zamanı WICS-in daxili işləri, proqramı, yeni layihələri müzakirə edilir. 
Tədbirin ilk günü dünyada ilk dəfə “Hilal Star” (İslam Mişleni) restoranlara və aşpazlara Azərbaycandan verilməyə başladı . İlk dəfə olaraq "Turan" restoranlar şəbəkəsi bu ada layiq görüldü. 
Tədbir çərçivəsində həmçinin, II Beynəlxalq İslam Kulinariya Çempionatı keçirilir. Qeyd edək ki, I Çempionat 2009-cu ildə Bakıda keçirilmişdir. Bu peşəkar kulinariya müsabiqəsidir. Yarışlar komanda və fərdi şəkildə keçirilir, həmçinin “gənc” iştirakçılara da siniflər ayrılıb. 
Həmçinin, yarışlarda şadlıq sarayları “bəy-gəlin” və “qonaq” süfrəsi” sinfində, otellər “Azərbaycan səhər yeməyi” sinfində, ketrinq şirkətləri “Azərbaycan mətbəx furşeti” sinfində, aviaşirkətlər “Bort yeməyi” sinfində, şirniyyat müəssisələrimiz şirniyyat siniflərində yarışlarda iştirak edirlər. Həm də müxtəlif mətbəx incəsənəti sinifləri üzrə (şokolad, marsipan, karvinq və s.) yarışlar keçirilir.

Tədbir zamanı Halal sərgi keçirilir. Halal sərgidə halal məhsul istehsal edən şirkətlər və məhsullar yer alıb. 3 gün (16-17-18 iyul tarixlərdə) şirkətlər məhsullarını sərgidə göstərə biləcəklər.
Tədbir daxilində WICS münsiflər treninqi də keçirilir. Ölkəmizin aparıcı (usta aşpaz və ya ali peşə təhsili alan) mütəxəssislər Beynəlxalq WICS münsif sertifikatı ala biləcəklər. Bu isə onların müxtəlif beynəlxalq tədbirlərə münsif kimi dəvət edilməsinə səbəb olacaq.
Münsif kurslarına Azərbaycan mətbəxini bilən, usta aşpaz ixtisas dərəcəsinə, sahə üzrə ali bakalavr və magistr diplomuna sahib mütəxəssislər buraxılır.
Konqresin və çempionatın əsas sponsorları “Azərçay”, “Supersun” qida markaları, “Titan” peşəkar avadanlıqlar şirkətidir.
Qonaqların daşınması və xarici qonaqlara turların təşkili “Milenium” turizm şirkəti tərəfindən həyata keçirilir. Jurnalistlərin və qonaqların daşımaq üçün avtobusları AFN travel şirkəti təqdim edir.

Konqress iştirakçıları və münsiflər üçün peşəkar geyimləri “Fayda” şirkəti hazırlayıb.

Tədbir boyunca qonaqları su ilə “Şirin Su” və Coca Cola şirkətləri təmin edir.

Xarici qonaqların Azərbaycan mətbəxi ilə tanışlığı üçün Azərbaycanın ən yaxşı, ən mütərəqqi restoranları seçilib. Dünyanın ən məşhur aparıcı kulinarlarını qəbul etməyə aşağıdakı restoranlar layiq görülüb:

 

1. “Manqal” restoranı
2. “Zaqulba Palace” restoranı
3. “Xanədan” restoranı
4. “Muğam ocağı” restoranı
5. ”Qəbələ Xanlar” restoranı 
6. Qala şam və mükafatlandırma mərasimi üçün “Halikarnas Balıkçısı” Şadlıq sarayı
7. “Turan” restoranı (Sumqayıt)
8. “Orman” restoranı

 

16.07.2019 tarixdə Konqres çərçivəsində daha bir möhtəşəm hadisə baş verdi. Keçən il Rusiya vətəndaşları üçün Heydər Əliyev Fondunun Vitse-Prezidenti Leyla xanım Əliyeva tərəfindən start verilmiş “Azərbaycan mətbəxi Youtube kanalında” müsabiqəsinin qalibləri (7 nəfər), proektin müəllifi və idarəçisi, NTV kanalının aparıcısı, Stalik Xankişiyevin rəhbərliyi altında hamının qarşısında mətbəxlərdə yarışdılar.
16.07.2019 tarixdə Konqres çərçivəsində “Muğam Ocağı” restoranında “Azərbaycanın Tovuz bölgə mətbəxi” axşamı keçirilib.

 

                                                                               ***

 

Bakıda "Dreamland Golf Club Baku" kompleksinin ərazisində I Dünya İslam Kulinariya Konqresi keçirilib.


I İslam Ölkələri Konqresində Dünyada İlk dəfə olaraq "Hilal Star* " mükafatı "Turan Restoranı"na layiq görülüb. İslam Ölkələri Konqresinin əsas hədəfi İslam ölkələrinin mətbəxini, mədəniyyətini, tarixini və irsini daha geniş çərçivədə Dünya ölkələrinə tanıtmaqdan ibarətdir. "Turan Restoranları" rəhbərliyi Mübariz Quliyev və kollektivi adından belə dəyərli mükafatı təqdim etdikləri üçün Təşəkkür edir və "Hilal Star" adına hər zaman layiq olacağımıza söz veririk.


Konqres Azərbaycan Dövlət Turizm Agentliyi, Milli Kulinariya Mərkəzi və Azərbaycan Milli Kulinariya Assosiasiyasıın (AMKA) birgə təşkilatçılığı ilə baş tutub.


AMKA prezidenti Tahir Əmiraslanov bildirib ki, konqresin keçirilməsində əsas məqsədlərdən biri Dünya İslam Kulinariya Birliyinin (WICS) ofisinin daimi olaraq Azərbaycana köçürülməsidir. Dünyada ilk dəfə olaraq "Hilal Star" mükafatı restoranlara və aşpazlara Azərbaycandan verilməyə başlanır.Qeyd edek ki,qiymetlendirnede iyirmi beş islam ölkesinin kulinariya rehberleri iştirak edib ,mükafatı dünya kulinariya platformunun rehberi teqdim edib.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
Sənaye
Delimitasiya üçün Bakı və İrəvana xəritələr verə bilərik - Rusiya XİN 22:18, 06 dekabr 2023
Azərbaycana qarşı qərəzli siyasətdən əl çəkin - İcmadan tələb 12:22, 06 dekabr 2023
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili yenidən Ermənistanın baş naziri Nikol Paşinyana müraciət edib. 23:26, 05 dekabr 2023
ALLAH adamı-Gülağa Tənhanın təşəbbüsü ilə - EHTİYACI OLAN 100 ailəyə,100 azn23:11, 05 dekabr 2023
Qızılca xəstəliyinin yaratdığı FƏSADLAR 22:14, 05 dekabr 2023
“Qızılca virusu yalnız insanlarda xəstəlik törədir. Qızılcaya yoluxan şəxsı hava-damcı yolu ilə həssas insanları yoluxdurur”. 22:08, 05 dekabr 2023
Məktəblərdə mobil telefondan istifadə qadağan olundu 12:26, 05 dekabr 2023
Qızılcaya ən həssas qrup bu yaşa qədər olan uşaqlardır 21:59, 04 dekabr 2023
A vitamini çatmayan uşaqlarda qızılca daha ağır keçir 18:59, 04 dekabr 2023
GÜLAĞA TƏNHA: GƏLƏRSƏNMİ 12:31, 04 dekabr 2023
İlham Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin yeni inzibati binalarının açılışında iştirak edib.14:36, 29 noyabr 2023
R.Mehdiyeva: Xeyriyyəçi iş adamı Gülağa Tənhadan daha bir xeyriyyə aksiyası01:32, 28 noyabr 2023
Növbəti köç karvanı Füzuli şəhərinə çatdı - FOTO 19:36, 27 noyabr 2023
Qızılca Bakıya çatdı: Tələbələr arasında yoluxma AŞKARLANDI 17:02, 27 noyabr 2023
İlham Əliyev cüdo üzrə milli komandalar üçün Təlim-Məşq Mərkəzində yaradılan şəraitlə tanış olub.15:32, 27 noyabr 2023
GÜLAĞA TƏNHA: DİLƏNÇİ 23:58, 26 noyabr 2023
Gizli kameraları necə aşkarlamaq olar... - VİDEO21:15, 23 noyabr 2023
İlham Əliyev SPECA ölkələrinin sərgisinin açılışında iştirak edib. (FOTO=10)16:44, 22 noyabr 2023
DİN-dən kiberdələduzluqla bağlı xəbərdarlıq 15:42, 22 noyabr 2023
İranda “mobil telefonlara nəzarət polisi” yaradılıb  15:12, 22 noyabr 2023
 

Bütün hüquqlar qorunur © 2023

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə