Canveten.az xəbər verir ki, AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) Əlyazmalar İnstitutunun baş rəssamı, miniatür sənətinin peşəkar davamçısı, Əməkdar rəssam Fəxrəddin Əlinin rəsm əsərlərindən ibarət sərgi təşkil olunub.Fəxrəddin Əli 10 may 1938-ci ildə Zəngəzur mahalının Mehri rayonun Nüvədi kəndində sənətkar ailəsində dünyaya gəlib. Onun yağlı boya ilə çəkdiyi rəsm əsərləri Azərbaycanda və xarici ölkələrdə müxtəlif sərgilərdə nümayiş etdirilib. Sərgidə rəssamın Nəsirəddin Tusi, Füzuli, Aşıq Veysəl, Yunus Əmrə, M.F.Axundov, M.P.Vaqif, Əliağa Vahid və digər sənətkarların əsərlərinə -- Məhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam”, “Dədə Qorqud”,Nizami Gəncəvinin “Xəmsə”, Saib Təbrizinin “Mehr və müştəri”, “Azərbaycan muğamı” mövzularında çəkdiyi miniatürlər nümayiş olunur. Sərgidə müəllifin “Şəhidlər” xalçası, işlədiyi şəxsi portretlər, “Türkiyə” mövzusunda rəsm əsərləri və kitablarıda yer alır. Sərgi bir həftə davam edəcək. ! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!! ŞƏRHLƏR : ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )
Bütün hüquqlar qorunur © 2025