Təqvim
AMEA-nın Humanitar Elmlər Bölməsinin Ümumi yığıncağı keçirilib (+FOTOLAR)
14 mart 2019 - 19:57

Canveten.az xəbər verir ki,  martın 14-də Azərbaycan Milli Elmlər Akademiyası Humanitar Elmlər (HEB) Bölməsinin növbəti Ümumi yığıncağı keçirilib. Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, bölmənin akademik-katibi, akademik Teymur Kərimli, bölmə üzvləri, müvafiq elmi müəssisələrin rəhbərləri, elmi katibləri və aidiyyəti üzrə əməkdaşlar iştirak ediblər.

Akademik İsa Həbibbəyli iclası giriş sözü ilə açaraq iştirakçılara gündəlikdəki məsələlər haqqında məlumat verib.

İlk olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin görkəmli şəxsiyyətlərin yubileyləri ilə bağlı sərəncamlarının icrası məsələsinə baxılıb. Akademik İsa Həbibbəyli dövlət başçısının imzaladığı müvafiq sənədlərə əsasən, şair və mütəfəkkir İmadəddin Nəsiminin 650 illik, yazıçı, dramaturq, publisist və ictimai xadim Cəlil Məmmədquluzadənin 150 illik, şair, yazıçı və dramaturq Cəfər Cabbarlının 120 illik, akademik Həmid Araslının 110 illik yubileyləri ilə əlaqədar bölməyə daxil olan elmi müəssisələrdə keçirilən tədbirlər haqqında geniş məlumat verib. Qeyd edib ki, silsilə tədbirlər ilin sonuna kimi davam edəcək.

HEB-ə daxil olan elmi müəssisələrdə 2018-2019-cu tədris ili üçün fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbulun nəticələri müzakirə olunub. Bildirilib ki, cari tədris ili üçün fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya 22 nəfər qəbul olunub. Müzakirələrdən sonra bölmə dissertasiya mövzuları və elmi rəhbərləri təsdiq edib, qəbulun nəticələrinin AMEA Rəyasət Heyətinə təqdim olunmasını qərara alıb.

Tədbirdə "Türk dilləri araşdırmaları" toplusunun nəşri məsələsinə baxılıb. Bildirilib ki, toplu Nəsimi adına Dilçilik İnstitutunun Türk dilləri şöbəsi tərəfindən hazırlanıb. Müzakirədən sonra nəşrin çapı ilə bağlı müvafiq qərar verilib.

Bölmənin növbəti qərarı ilə filologiya elmləri doktoru Məhərrəm Qasımlı Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan şifahi xalq ədəbiyyatı və yazılı abidələr şöbəsinin müdiri vəzifəsinə təsdiq olunub. Həmin institutun Mətbuat tarixi və publisistika şöbəsinin müdiri vəzifəsinə filologiya elmləri doktoru Vüqar Əhməd, Uşaq ədəbiyyatı şöbəsinin müdiri vəzifəsinə filologiya elmləri doktoru Elnarə Akimova, Yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri vəzifəsinə isə filologiya elmləri doktoru İslam Qəribov təsdiq olunublar. İclasda həmçinin digər kadr məsələlərinə baxılıb.

Sonra cari məsələlər müzakirə olunub. 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun bir qrup əməkdaşı  HEB-in Fəxri fərmanları ilə təltif ediliblər.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                       

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                         

Sosial şəbəkələrdə paylaş:
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə