Canveten.az xəbər verir ki, dövlət başçısının Azərbaycan Respublikasında “Elm günü”nün təsis edilməsi haqqında09 aprel 2018-ci il tarixli Sərəncamı ilə hər il martın 27-nin Azərbaycanda “Elm günü” kimi qeyd edilməsi qərara alınmışdır. 27 mart-ölkəmizdə “Elm günü”nün qeyd olunması ilə əlaqədar keçiriləcək tədbirlər planı çərçivəsində,19 fevral 2019-cu il tarixində AMEA Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası və Bohm Planetariumun birgə təşkilatçılığı ilə “Açıq qapı” günü keçiriləcək. Həmin gün Bohm Planetariumda(Baki, Neftçiler pr-ti, Park Bulvar Ticaret Merkezi, 4-cü mərtəbə) astronomiya üzrə populyar mühazirələrin təşkili və kosmosa səyahətlə bağlı sənədli filminnümayişi nəzərdə tutulub. Astronomiya elminə marağı olan hər kəsi tədbirimizdə iştirak etməyə dəvət edirik. ! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!! ŞƏRHLƏR : ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )
Bütün hüquqlar qorunur © 2025