Təqvim
AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin büro iclası keçirilib (+FOTO)
12 fevral 2019 - 18:47

Canveten.az xəbər verir ki, fevralın 11-də AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin büro iclası keçirilib. Tədbirdə bölmənin akademik-katibi, akademik Əhliman Əmiraslanov, büro üzvləri, bölmənin tərkibinə daxil olan elmi müəssisələrin rəhbərləri, aidiyyəti üzrə əməkdaşlar iştirak ediblər.

Öncə akademik Əhliman Əmiraslanov iclasın gündəliyini iştirakçıların diqqətinə çatdırıb.

Sonra növbəti dövr üçün Biologiya və Tibb Elmləri Bölməsinin prioritet elmi istiqamətləri müzakirə edilib. Akademik Əhliman Əmiraslanov bu məsələ ilə bağlı çıxışında qeyd edib ki, bölmənin elmi-təşkilati fəaliyyətində innovativ ideyaların tətbiqi, elmi-tədqiqat işlərinin səviyyəsinin yüksəldilməsi istiqamətində mühüm tədbirlər görülüb və bu işlər daha da intensivləşdirilməlidir.

Sonra Biologiya və Tibb Elmləri Bölməsinin elmi müəssisələrində 2019-cu il üzrə elmlər doktoru hazırlığı üzrə doktoranturaya və dissertanturaya, fəlsəfə doktoru hazırlığı üzrə dissertanturaya qəbulun nəticələri haqqında məlumat verilib. Bildirilib ki, elmlər doktoru hazırlığı üzrə doktoranturaya 5, elmlər doktoru hazırlığı üzrə dissertanturaya 15, fəlsəfə doktoru hazırlığı üzrə dissertanturaya isə 30 nəfər qəbul edilib.

İclasda Torpaqşünaslıq və Aqrokimya İnstitutunun strukturunda, Mikrobiologiya İnstitutunun Elmi şurasının tərkibində qismən dəyişiklik edilməsi, Lənkəran Regional Elmi Mərkəzində İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin yaradılması haqqında qərarlar qəbul olunub.

Daha sonra Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Bitki biotexnologiyası laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru Tofiq Qaragözovun 70 illik, Zoologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, biologiya üzrə elmlər doktoru, AMEA-nın professoru Elşad Əhmədovun 50 illik yubileylərinin qeyd olunması qərara alınıb.

İclasda bölməyə daxil olan bir neçə elmi müəssisənin kadr məsələləri ətrafında fikir mübadiləsi aparılıb, müvafiq qərarlar qəbul edilib.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                         

Sosial şəbəkələrdə paylaş:
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
Uşaqların Beynəlxalq Müdafiəsi Günü – MASALLIDA 11:46, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə