Niyə dərmanların tərkibi eyni, qiyməti fərqlidir? - ARAŞDIRMA

Təqvim
Niyə dərmanların tərkibi eyni, qiyməti fərqlidir? - ARAŞDIRMA
25 oktyabr 2018 - 09:44

Xəstəliklərin baş alıb getdiyi bir dövrdə dərman qiymətlərinin bahalığı əhalinin güzəranını bir az da ağırlaşdırıb.

Tərkibi və göstəriciləri eyni olsa da, qiyməti fərqli olan dərmanların sayı kifayət qədər çoxdur.

Həkim xəstəyə resept yazır, bundan sonra onlar qohumları bir neçə aptek gəzir, dərmanların qiymətini öyrənirlər. Sonra alıcı dərmanların daha ucuz qiymətə satıldığı aptekdən onu alır. Bu da alıcıların həm vaxtını aparır, həm də əsəblərinin gərginləşməsinə səbəb olur. 

Səhiyyə Nazirliyindən bildirilib ki, eyni tərkibli dərmanların müxtəlif qiymətə satılması istehsal olunduğu ölkədən asılıdır:

“Dərmanın istehsalçısı patent hüququ alır. Dərmanın hazırlanması zaman çəkdiyi xərcləri çıxarmaq üçün orijinal dərman vasitəsini həmin istehsalçı istehsal edir. Bütün dünyada proses belədir. Patent hüququ bitdikdən sonra digər istehsalçılar eyni dozada, eyni tərkibdə, eyni formada həmin dərmanın istehsalına başlaya bilərlər. Bizim qiymətə müdaxilə etməyə heç bir hüququmuz yoxdur”.

Səhiyyə Nazirliyinin tabeliyində olan “Analitik Ekspertiza Mərkəzi” MMC-dən deyiblər ki, bir çox parametrlər dərman vasitələrinin qiymətinin tənzimlənməsinə və müəyyən olunmasına təsir edə bilər:

“Azərbaycan Respublikasında dərman vasitələrinin qiyməti Tarif Şurası tərəfindən təyin olunduğu üçün həmin proses zamanı məhz hansı amillərin nəzərə alındığını Şura tərəfindən qeyd olunması daha uyğundur”.

Milli Məclisin (MM) Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev isə açıqlamasında qeyd edib ki, eyni tərkibli dərmanlar elə müxtəlif qiymətə satılmalıdır:

“Dərmanın tərkibində təsiredici maddə olur. Həmin dərmana əlavə maddələr də qatıla bilər. Onların hazırlandığı ölkədən asılı olaraq, qiymətlərdə fərqlilik özünü göstərir. Məsələn, aspirin dərmanı Türkiyə, Rusiya, Almaniya və Bolqarıstanda hazırlanır və ölkəmizə marka adları ilə idxal olunur. Tərkibi eyni olsa da, qiymətləri eyni ola bilməz”.

Deputat qeyd edib ki, bir ölkədən gətirilən dərman apteklərdə eyni qiymətə satılmalıdır:

“Qiymət fərqi varsa, bu, qanunun pozulmasıdır”.

Professor Adil Qeybullanın sözlərinə görə, eyni tərkibli dərmanlar müxtəlif ölkələrdə istehsal olunduğu üçün fərqli qiymətə də satılır:

“Avropada istehsal olunan dərman Orta Asiya istehsalından 20 dəfə bahadır. Avropada dərmanlar yüksək texnologiyalarla hazırlanır və keyfiyyətli olur. Bunun üçün də baha qiymətə satılır”.

Dərmanların keyfiyyət parametrlərinə gəldikdə, bu məsələdə problemlərin olduğun deyən Adil Qeybulla bildirib ki, bəzən antibiotiklər təsirsiz olur:

“Onlara Səhiyyə Nazirliyinin müxtəlif laboratoriyaları rəy verməlidir və dərmanlar satışa buraxılmalıdır. Amma laboratoriya müayinəsindən keçməyən dərmanlar da az deyil. Biz dərman bazarında arzuolunmaz vəziyyətlə üz-üzəyik. Dərmanların bəziləri saxtadır.

Avropada istehsal olunan dərmanlar Rusiyada da hazırlanır və müxtəlif ölkərə idxal olunur. Azərbayacan da bu siyahıya daxildir. Vətəndaşın seçimi yanlış olsa da, bu məsələ yalnız onların imkanı daxilində deyil. Dövlət dərman maddələrinin dövlət reyestrini yaratmalıdır. Dərmanların adı yazılmalı və haqqında məlumat verilməlidir”.

Sosial şəbəkələrdə paylaş:
Mənbə:
© oxu
Kateqoriya:
İQTİSADİYYAT
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə