Analitiklər Tesla ilə bağlı fikirlərini dəyişdilər

Təqvim
Analitiklər Tesla ilə bağlı fikirlərini dəyişdilər
24 oktyabr 2018 - 23:45

Tesla şirkətinin əsas tənqidçilərindən biri olan Andrew Left etiraf edib ki, vaxtı ikən Model 3 elektromobilinin uğursuz olacağını proqnoz edəndə səhv edib. Həmin vaxtda o əmin idi ki, büdcəli elektromobil digər rəqiblərin fonunda yoxa çıxacaq. İndi isə o bildirir ki, Tesla şirkəti yaxın müddətdə gəlirli olacaq. Citron Researchşirkətindən olan Andrew Left uzun müddətdir ki, tənqidçi və Tesla şirkətinin səhmlərinin short seller-i (short selling – satış zamanı satıcının sahib olmadığı dəyərli kağızları, məhsulları və ya valyutaları satması) qismində çıxış edir. Hal hazırda Tesla şirkəti ilə məhkəmə prosesində olan Andrew Left Tesla şirkəti və Elon Muskbarəsində fikirlərini dəyişib.

    Bu, Tesla şirkətinin vacib elanından sonra baş tutub. Belə ki, bugün gecə Tesla şirkəti bu ilin üçüncü rübü üzrə gəlirlərinin hesabatını təqdim etməlidir. Şirkətin bu elanından sonra onun səhm qiymətləri 13% yüksəlib. Şirkətin CEO-su Elon Musk şirkət əməkdaşlarına bildirib ki, analitiklərin proqnozlarına baxmayaraq Tesla şirkəti gəlirli olmağa çox yaxındır. Onun proqnozlarına əsasən Tesla nəinki pul qazanmağa başlayacaq, həmdə müsbət vəsait axınına çıxacaq. Bu, keçən il Model 3 elektromobilinin sürətli şəkildə istehsalına xərclənmiş milyardlarla dollar vəsaitdən sonra yeni və əsl istiqamət yolu olacaq.

    83.000 ədəd Model 3 elektromobilinin satışı sayəsində Tesla şirkətinin üçüncü rüb üzrə gəlirləri diqqətə laiq olmalıdır. Bir sıra proqnozlara əsasən bu göstərici 6 milyard dollar təşkil edəcək. Morgan Stanley şirkətindən olan analitik Adam Jonas-ın da fikrincə dördüncü rüb Tesla şirkəti üçün gəlirli olacaq. Bu proqnozu Citron Research şirkəti öz hesabatında təsdiqləyib. Analitiklər özləri bildiriblər ki, son illərdəki tənqidlərdən sonra bu cür proqnozlar vermələrinə təəccüblənirlər. Andrew Left 2 il bundan öncə Tesla şirkətinin bir səhmini 180$-dan short etməyə başlamış və nəticədə peşman olmuşdur.

    Qısa mövqelərin açılması (short), oyunçunun, şirkətin səhmlərinin qiymətlərinin aşağı düşməsinə ümid etməsinə əsaslanır. Səhm qiymətləri aşağı düşən zaman oyunçu həmin səhmləri aşağı qiymətə alır və öz mövqesini bağlayır. Daha sonra səhm qiymətləri arasında olan fərqi isə öz cibinə qoyur. Bu dəfə hər şey fərqli şəkildə baş verdi. Belə ki, Tesla şirkətinin qiyməti qalxdı və nəticədə Left külli miqdarda pul itirdi. ABŞ-ın dəyərli kağızlar və birjalar üzrə komissiyası (SEC) ilə birlikdə o, Musk-ı məhkəməyə verdi. Buna səbəb isə Musk-ın öz Twitter hesasabında Tesla-nı özəl şirkətə çevirmək planı barəsində mesajı olub.

    İndi isə Left bldirib ki, bu sadəcə biznesdir. “Həmin gün mən səhm qiymətlərinin aşağı düşməsinə oynayırdım. Musk bildirmişdi ki, Tesla-nın özəl şirkətə çevrilməsi üçün vəsait mövcuddur. Lakin bu belə deyildi. İndi isə mən öz pullarımı geri qaytarmq istəyirəm” – deyə Left bildirib. Bundan əlavə olaraq Left bildirib ki, o, Musk barəsində səhv fikirdə olub. O bildirib ki, Tesla şirkəti BMWToyota və Honda kimi şirkətlərin alıcılarını öz tərəfinə çəkir. Lakin Musk barəsində çox zaman baş verən hadisələr səbəbilə bunu heç kim görmür.

    Məsələn Joe Rogan ilə müsahibəsi zamanı Musk-ın marixuana çəkməsi, Tesla şirkətinin səhm qiymətlərinin 9% aşağı düşməsinə səbəb olmuşdu. SEC ilə olan qalmaqal isə Tesla ilə Musk-a ümumilikdə 40 milyon dollara başa gəldi. Bütün bu hadisələrin fonunda real rəqəmlər itdilər. “O əsl şoumenə çevrildi. Buna görə də mən də daxil olmaqla mənim kimi insanlar əsas biznesi unutduq. Bir çoxları Musk-ın müsahibə zamanı marixuana çəkdiyini müzakirə etdiyi bir müddətdə Musk-ın özü avtomobil sahəsindəki rəqiblərini geridə qoyur” – deyə Andrew Left bildirib.

Sosial şəbəkələrdə paylaş:
Mənbə:
© technote
Kateqoriya:
İQTİSADİYYAT
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə