Təqvim
Reza Deqatinin “Dərin sükut” sərgisində Azərbaycanda çəkdiyi şəkillər də nümayiş olunur -VİDEO
20 iyul 2023 - 10:12

Reza Deqatinin “Dərin sükut” sərgisində

Azərbaycanda çəkdiyi şəkillər də nümayiş olunur

Məşhur fotoqraf Reza Deqatinin fotolarından ibarət sərgiləri İsveçdə, eləcə də Fransanın əyalətlərində təşkil olunub. “Dərin sükut” adlı sərgisi ilə R. Deqati əsl sənətkar kimi sözünü, fikirlərini fotoları vasitəsilə ötürür. Onun reallığı əks etdirən fotoları qarşısında sözün heç yeri yoxdur. Bu sərgilər hər şeyi fotoların dili ilə çatdırır.

CAN VƏTƏN AZƏRTAC-a istinadən xəbər verir ki, həmişə olduğu kimi R. Deqati sərgilərində Azərbaycan, eləcə də onun işğalçılar tərəfindən yerlə yeksan edilmiş şəhər və kəndlərini əks etdirən fotoları da nümayiş olunur. Erməni işğalı dövründə vəhşicəsinə dağıdılmış şəhər və kəndlərimizi əks etdirən Deqati fotoları ictimaiyyətə əsl həqiqətləri çatdırır.

Yeni sensasiya qarşısında, lal trans, hipnoz, daxili tüğyan hisslərinə qərq olmuş, insan qəlbinin dərinliklərinə yol açan bu fotolar insanı ovundurmaq üçün göz yaşları və dərin sükutdan başqa arqument tapmır. Reza bu fotoları vasitəsilə insana özünün ən yaxşı hisslərinə qovuşmağı təklif edir.

Uzun illərdir dünyanın müxtəlif qaynar nöqtələrindən çəkdiyi fotolarla Reza humanist baxışını beynəlxalq media, eləcə də kitablar, sənədli filmlər, konfranslar, seminarlar və sərgilər vasitəsilə Fransada və xaricdə bölüşür. O, 1979-cu ildən dünyada baş verən sarsıntıların əsl şahididir. Reza “sülh müxbiri” titullu müharibə müxbiridir. Fotoqrafiya doğma ölkəsindən didərgin düşmüş Rezanı həyata bağlayan yeganə teldir.

Reza Deqati Azərbaycanın 30 illik işğal dərdini də fotoları vasitəsilə beynəlxalq ictimaiyyətə çatdırır.

Reza sərgiləri çərçivəsində təşkil etdiyi konfranslar vasitəsilə də Azərbaycan reallıqlarını sənətsevərlərə ötürür. Onun bu ilki sərgilərinin komissarları Raşel Deqati və Fransada sərgilər kuratoru Pyer Bonciovanidir.

R. Deqati sərgiləri yay fəsli ərzində yerli ictimaiyyət və xarici turistlərin ən sevimli ziyarət məkanı olur.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
İQTİSADİYYAT, QHT
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə