Gülağa Tənha: NƏRGİZİM
Demirsənmi, dərd gözümdə daşdı, yar,
Ayrılığın özü boyda daşdı, yar.
Bivəfanı el qınayar, daşdıyar,
Uğura çıx, mənə sarı, Nərgizim.
Darıxanda ulduza bax, Aya bax,
Üzə duran həftəyə bax, aya bax.
Alqış dolu haraya bax, haya bax,
Ağ bənizim olub sarı, Nərgizim.
Sözüm yanan ürəklərə yaraya,
Həsəd çəkə Günəş – yara, yar – Aya.
Məlhəm elə qəlbimdəki yaraya –
Mən Tənhayam, özün sarı, Nərgizim.
Bakı, 2004
Bütün hüquqlar qorunur © 2024