Ermənistanda keçmiş deputat Mher Sedrakyan həbs edilib. Bu barədə Ermənistan Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb. "Milli Məclisin keçmiş deputatı Mher Sedrakyan bu gün Baş Prokurorluğa gələrək, təslim olub", - deyə bəyanatda qeyd olunub. Prokurorluq bildirib ki, məhkəmə prokurorluğun təqdim etdiyi vəsatət əsasında Sedrakyanın əmlakına qarşı iddianın ilkin təminatı vasitəsi kimi həbs tətbiq edib.
Bütün hüquqlar qorunur © 2024