Çapa göndər
Ermənistanın sabiq deputatı HƏBS EDİLDİ

05 sentyabr 2022 - 16:08

Ermənistanda keçmiş deputat Mher Sedrakyan həbs edilib. 

Bu barədə Ermənistan Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb. 

"Milli Məclisin keçmiş deputatı Mher Sedrakyan bu gün Baş Prokurorluğa gələrək, təslim olub", - deyə bəyanatda qeyd olunub.

Prokurorluq bildirib ki, məhkəmə prokurorluğun təqdim etdiyi vəsatət əsasında Sedrakyanın əmlakına qarşı iddianın ilkin təminatı vasitəsi kimi həbs tətbiq edib.