Katib hövzəsində yerləşən Antiqua və Barbuda respublika tipli idarəetmə sisteminə keçid etməyi planlaşdırır. Bu barədə "Reuters" agentliyi yerli rəsmilərə istinadən məlumat yayıb. Bildirilir ki, ölkə yaxın üç il ərzində konstitusiyalı monarxiya sistemini ləğv etməyi düşünür. Karib hövzəsi ölkəsinin baş naziri Qaston Braun bildirib ki, Kral III Çarlz dövlət rəhbəri vəzifəsindən uzaqlaşdırıla bilər. Bu gün Antiqua və Barbuda kraliça II Elizabetin vəfatından sonra kralın rəsmi dövlət başçısı olmasını təsdiqləyib. "Bu, referenduma çıxarılmalı olan məsələdir, yaxın üç il ərzində ola bilər", - deyə baş nazir bildirib. 1981-ci ildə Britaniyadan müstəqil olan kiçik Karib ada dövləti Böyük Britaniya monarxını dövlət başçısı qəbul edən 14 Birlik üzvündən biridir. Ölkənin əhalisi 100 mindən azdır. Bundan əvvəl Karib dənizi hövzəsində yerləşən Barbados da Birlik dövlətini tərk edərək respublika tipli idarəetmə sisteminə keçid edib.
Bütün hüquqlar qorunur © 2024