Təqvim
Gülağa Tənha: GÜNLƏRİN ÖTÜŞÜR DE, NECƏ MƏNSİZ
03 sentyabr 2022 - 18:49

 Gülağa Tənha:

GÜNLƏRİN ÖTÜŞÜR DE, NECƏ MƏNSİZ


Zər-ziba içində yüz il qalsa da,
Bülbül fərəhlənməz gülsüz, çəmənsiz.
Ayrıldıq, gəlməyir səndən səs-səda,
Günlərin ötüşür de, necə mənsiz?


De, özün necəsən, ürəyin necə,
Yata bilirsənmi söylə, sən gecə,
Yuxuna gəlirmi yarın gizlicə,
Günlərin ötüşür de, necə mənsiz?


Qəlbimdən qoparıb eşqi atmadım,
Bir göyqurşağısan, sənə çatmadım,
Səndən ayrılığa çarə tapmadım,
Günlərin ötüşür de, necə mənsiz?


Vüsalın əbədi qismətim oldu,
Ayrılıq ən acı şərbətim oldu,
Məni yaşadan da həsrətim oldu,
Günlərin ötüşür de, necə mənsiz?


Moskva, 25.12.2003

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
İQTİSADİYYAT

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə