Gülağa Tənha: ÇAĞIRIR MƏNİ
Uğuruna yüyürən
İllər çağırır məni.
Məcrasına sığmayan,
Sellər çağırır məni.
Ötüb-keçir ömür-gün,
Qəribsəyib toy-düyün.
Qardaş alqışı üçün
Dillər çağırır məni.
Araya sazaq düşüb,
Sazaqdan soraq düşüb,
Əllərdən uzaq düşüb,
Tellər çağırır məni.
Meyl salma uzağa,
Vətəndən, ay Gülağa!
Yaratmağa, qurmağa
Ellər çağırır məni.
20 may, 1990
Bütün hüquqlar qorunur © 2025