Təqvim
Gülağa Tənha: QURBAN
31 avqust 2022 - 13:06

 Gülağa Tənha:

QURBAN


Sənə ürək verdim, dedin «Nə azdı!»
Gül dərdim, deyindin: «Onsuz da yazdı!»
Baxışın, bilmədim, tənədi, nazdı,
Məni məndən alan gözünə qurban.


Yetim bənövşətək boynunu burma,
Görəni öldürür, ədalı durma.
Sözünü açıq de, ədalı durnam,
Nə desən qəbuldu, sözünə qurban.


Telini tumarçın hey əlim yanır,
Sevirəm deməyə bu dilim yanır,
Halını görəndə, bax, elim yanır,
Qədərim özünsən, özünə qurban.


İspaniya, 2003

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
İQTİSADİYYAT

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə