Xeyriyyəçi-şair Gülağa Tənhanın “Dərdin nazını çəkmə” adlı şeirlər kitabının təqdimat mərasimində müəllifin şeirlərinə yazılmış mahnılar da səslənmişdir. Onlardan birini ifa edən, Dağıstanın Əməkdar artisti Əbülfət Oğuzdur. O, Gülağa Tənhanın “Soraqlayır” şeirinə ritmik cələnglərlə bəstələnmiş, daha çox el şənliklərində səslənən mahnını ifa edir. Həmin çıxışı video link bölməsində izləyə bilərsiniz. Gülağa Tənha "SORAQLAYIR"
Nə tez getdin, ay insafsız,
İzim səni soraqlayır.
Ocağımda kül altında
Közüm səni soraqlayır.
Ötənləri anıb qalan,
Köz-köz olan, yanıb qalan,
Dodağımda donub qalan
Sözüm səni soraqlayır.
Hər Fərhad bir Şirin seçir,
Hər sevgi bir tale biçir.
Mini gəlir, mini keçir,
Gözüm səni soraqlayır.
Bütün hüquqlar qorunur © 2025