Azərbaycanda neft-qaz emalı və neft-kimya sənayesinin strateji inkişafı barədə təkliflərin hazırlanması üçün Komissiyanın tərkibində dəyişiklik edilib. Bununla bağlı Prezident İlham Əliyev “Azərbaycan Respublikasında neft-qaz emalı və neft-kimya sənayesinin strateji inkişafı barədə təkliflərin hazırlanması üçün Komissiyanın tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Prezidentinin sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb. Dəyişikliklə Komissiyanın tərkibi aşağıdakı redaksiyada verilib: Komissiyanın sədri Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Komissiyanın üzvləri Azərbaycan Respublikasının iqtisadiyyat naziri Azərbaycan Respublikasının maliyyə naziri Azərbaycan Respublikasının energetika naziri Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti.
Bütün hüquqlar qorunur © 2024