Gülağa Tənha:
T Ə S Ə L L İ
Qəfil qonağısan röyalarımın,
Sənsiz olmamaqçün buna da şükür.
Qoparıb qaysağın yaralarımın
Ağlayıb-gülməkçün buna da şükür.
Əlimdən almısan ixtiyarımı,
Könlümə dağ çəkir sənin həsrətin.
Sənsiz çalan yoxdu ürək tarımı,
Nəğmədi, mahnıdı sözün-söhbətin.
Şirin bir yuxusan, əlçatmaz dilək,
Əbədi qalmısan sevincdə, qəmdə.
Hicranın ağırdı, dözməyir ürək,
Gəl dinlə ahımı sən zildə, bəmdə.
Ayrılıq oduna dözüb durmağa
Yaddaşım könlümə müəllim oldu.
Ömrü sevgi ilə başa vurmağa,
Xatirən ən şirin təsəllim oldu.
Moskva, 1999
Bütün hüquqlar qorunur © 2025