Donetsk vilayətində düşmənin Pokrovsk şəhərini atəşə tutması nəticəsində 5 nəfər yaralanıb, dəmir yolu xətti və dəmiryol vağzalının binası zədələnib. Bu barədə Pokrovsk meri Ruslan Trebuşkin sosial şəbəkədə məlumat yayıb. "Pokrovskın atəşə tutulması nəticəsində 5 nəfər yaralanıb, dəmir yolu relsi zədələnib... Mülki əhali arasında olan qurbanlar müxtəlif dərəcəli bədən xəsarətləri alıblar", - şəhər rəhbəri yazıb.
Bütün hüquqlar qorunur © 2024