Çapa göndər
Ruslar Ukraynada dəmiryol vağzalını atəşə tutub

29 iyul 2022 - 14:10

Donetsk vilayətində düşmənin Pokrovsk şəhərini atəşə tutması nəticəsində 5 nəfər yaralanıb, dəmir yolu xətti və dəmiryol vağzalının binası zədələnib.

Bu barədə Pokrovsk meri Ruslan Trebuşkin sosial şəbəkədə məlumat yayıb. 

"Pokrovskın atəşə tutulması nəticəsində 5 nəfər yaralanıb, dəmir yolu relsi zədələnib... Mülki əhali arasında olan qurbanlar müxtəlif dərəcəli bədən xəsarətləri alıblar", - şəhər rəhbəri yazıb.