Səudiyyə Ərəbistanın paytaxtı ər-Riyadda “Gələcək Yatırımlar Təşəbbüsü” iqtisadi forumu fəaliyyətə başlayıb. "Bİ" xəbər verir ki, Forum vəliəhd şahzadə Məhəmməd bin Salmanın təşəbbüsü ilə yaradılıb. Tədbirin məqsədi krallığa daha çox investisiya cəlb etməkdir. Qeyd edək ki, forum ərəb jurnalist Camal Kaşıqçının qətlindən sonra Səudiyyə Ərəbistanında keçirilən ilk tədbirdir. Camal Kaşıqçının qətlinə etiraz olaraq bir sıra biznes liderləri, hətta, maliyyə nazirləri builki tədbirdə iştirakdan imtina ediblər.
Bütün hüquqlar qorunur © 2025