Təqvim
Prezident Göygölə icra başçısı TƏYİN ETDİ
25 iyul 2022 - 13:23

Elvin Nazim oğlu Paşayev Göygöl Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Xatırladaq ki, 2006-ci ilin fevralın 23-də Göygölün icra başçısı təyin olunan Arif Seyidov Prezidentin sərəncamı ilə 22 may 2020-ci ildə vəzifəsindən azad edilib. Həmin tarixdən bu günədək onun yerinə təyinat aparılmamışdı.

 

 X X X

 

Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncama əsasən, Elvin Nazim oğlu Paşayev Göygöl Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

39 yaşlı yeni icra başçısı haqqında məlumatlar təqdim edilir:

Elvin Paşayev 27 iyul 1983-cü ildə anadan olub. Bakı Dövlət Universitetində Regionşünaslıq ixtisası üzrə təhsil alıb.  

Yeni başçı 18 illik iş təcrübəsi dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində kadrlar şöbəsinin sektor müdiri, Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində İnsan resursları və təlim şöbəsinin müdiri vəzifələrində çalışıb. Bununla yanaşı o, Dünya Bankı və Avropa Birliyinin layihələrində məsləhətçi-ekspert kimi çalışıb. Azərbaycan İnsan Resursları Assosiasiyası İctimai Birliyinin (AİRA) təsisçilərindən biridir.

Təyinata qədər o, Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbərinin müavini vəzifəsində çalışıb. Prezident İlham Əliyevin 2020-ci il iyunun 23-də "Dövlət qulluqçularının təltif edilməsi haqqında" imzaladığı sərəncamına əsasən, uğurlu fəaliyyətinə görə təltif edilib.

Azərbaycan Milli Elmlər Akademiyasında doktorantura təhsili alıb.

Sosial şəbəkələrdə paylaş:
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
Uşaqların Beynəlxalq Müdafiəsi Günü – MASALLIDA 11:46, 01 iyun 2024
“Masallı folklor örnəkləri” 3-cü kitabının təqdimatı 19:58, 30 may 2024
Azərbaycanda Tacikistanın Mədəniyyət Günlərinin keçirilməsi ikitərəfli münasibətlərdə mühüm hadisədir 14:45, 29 may 2024
Boks üzrə kadetlər arasında zona birinciliyinin finalına yekun vurulub 16:51, 28 may 2024
Masallı məktəblərində Müstəqillik Günü ilə bağlı tədbirlər keçirilib 22:58, 27 may 2024
Müstəqillik Günü münasibətilə konsert – Masallıda 20:33, 27 may 2024
Masallının volleybolçu qızları region çempionudur 19:16, 27 may 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə