Təqvim
İlham Əliyev SOCAR-ın vitse-prezidenti barədə sərəncam imzaladı
23 iyul 2022 - 16:47

Azərbaycan Respublikasında neft sənayesinin inkişafında xidmətlərinə görə Rəfiqə Abdul Ağa qızı Hüseyn-zadə “Şöhrət” ordeni ilə təltif edilib.

Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, R.Hüseyn-zadə Azərbaycan Respublikasında neft sənayesinin inkişafında xidmətlərinə görə təltif edilib.

Qeyd edək ki, Hüseynzadə Rəfiqə Abdul Ağa qızı 1952-ci ildə Bakı şəhərində anadan olub.

1974-cü ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) “Neft-qaz yataqlarının axtarışı və kəşfiyyatı” fakültəsini mühəndis-geoloq ixtisası üzrə bitirib.

1975-1985-ci illərdə İnstitutun aspirantı və əməkdaşı olub.

1981-ci ildə geologiya-minerologiya elmləri üzrə namizədlik dissertasiyasını müdafiə edib.

1985-1999-cu illərdə Azərbaycan Dövlət Universitetinin laboratoriyasında elmi işçi, baş elmi işçi və laboratoriya rəhbəri vəzifələrində çalışıb.

ABŞ-nın Hyuston şəhərinin HARC elmi-tədqiqat Mərkəzində, Norveçin Tronheym şəhərində “Geolab” şirkətində və “Statoil” şirkətinin “Reserch Center” mərkəzində işləyib.

1999-2011-ci illərdə ARDNŞ-nin təsis etdiyi “Azlab” MMC-nin Baş direktoru olub.

Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2011-ci ildən ARDNŞ-nin Ekologiya üzrə vitse-prezidentidir.

Eyni zamanda 2001-ci ildən Bakı Dövlət Universitetinin “Faydalı qazıntılar” kafedrasında dosent kimi elmi fəaliyyətini davam etdirir, 70-ə yaxın elmi məqalənin müəllifidir.

“Discover Azerbaijan” kitablarının birinci və ikinci buraxılışının, eləcə də “Azerbaijan and United Kingdom 100 Years of Partnership” kitabının həmmüəllifidir.

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə "Tərəqqi" medalına və “Azərbaycan Respublikasının Əməkdar mühəndisi” fəxri adına layiq görülüb.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

Sosial şəbəkələrdə paylaş:
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
Uşaqların Beynəlxalq Müdafiəsi Günü – MASALLIDA 11:46, 01 iyun 2024
“Masallı folklor örnəkləri” 3-cü kitabının təqdimatı 19:58, 30 may 2024
Azərbaycanda Tacikistanın Mədəniyyət Günlərinin keçirilməsi ikitərəfli münasibətlərdə mühüm hadisədir 14:45, 29 may 2024
Boks üzrə kadetlər arasında zona birinciliyinin finalına yekun vurulub 16:51, 28 may 2024
Masallı məktəblərində Müstəqillik Günü ilə bağlı tədbirlər keçirilib 22:58, 27 may 2024
Müstəqillik Günü münasibətilə konsert – Masallıda 20:33, 27 may 2024
Masallının volleybolçu qızları region çempionudur 19:16, 27 may 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə