Azərbaycan Respublikasında bərpa olunan enerji mənbələri (külək və günəş) üzrə elektrik stansiyalarının tikintisi ilə bağlı layihələrin həyata keçirilməsi və icrasının əlaqələndirilməsi məqsədilə yaradılmış Komissiyanın tərkibi dəyişib. Prezident İlham Əliyevin sərəncamı ilə “Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində pilot layihələrin həyata keçirilməsi tədbirləri haqqında” sərəncama edilən dəyişiklikdə əksini tapıb. Sərəncama əsasən, yaradılmış Komissiyanın tərkibi aşağıdakı redaksiyada verilib: Komissiyanın sədri Azərbaycan Respublikasının energetika naziri Komissiyanın üzvləri Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini Azərbaycan Respublikası maliyyə nazirinin müavini Azərbaycan Respublikası ədliyyə nazirinin müavini Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti sədrinin müavini Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri.
Bütün hüquqlar qorunur © 2024