Gülağa Tənha: AY DAYI
Bilgəh Qocalar Evində əlləri qoynunda qalan ataya:
Səni çəkilməz dərdə
Salan hanı, ay dayı?
Gözlərinin nurunu
Alan hanı, ay dayı?
Necə ötürüb səni,
Gecə ötürüb səni?!
Təkcə ötürüb səni,
Yalan hanı, ay dayı?
Savabsız da deyilsən,
Günahsız da deyilsən…
Balasız da deyilsən,
Balan hanı, ay dayı?
30 avqust, 2003
Bütün hüquqlar qorunur © 2025