Gülağa Tənha: HƏSRƏTİN ÜZÜ BOZDU
Kim keçib, bilənmi var?–
Bu yollar yenə tozdu.
Bu uğur yazısını
Əsən küləklər pozdu.
Yasəmən qoxusunu,
Ayrılıq qorxusunu,
Gecənin yuxusunu
Açılan səhər yozdu.
Ümid bükək həsrətə,
Dözüm çəkək həsrətə,
Qılınc çəkək həsrətə,
Həsrətin üzü bozdu…
30.03.1992
Bütün hüquqlar qorunur © 2025