Somalinin Cövhər şəhərində bomba yüklü avtomobilin Somali siyasətçilərinin yerləşdiyi otelə çırpılması nəticəsində azı 2 nəfər həyatını itirib, 15-dən çox insan yaralanıb. Hadisə "Nuur Doob" otelində baş verib. Somalinin Hirshabelle əyalətinin sözçüsü Daud Hacı İrro hadisə nəticəsində həyatını itirənlərin sayının arta biləcəyini deyib. Bombalı hücuma görə məsuliyyəti "Əl-Şəbab" terror təşkilatının üzərinə götürdüyü bildirilib.
Bütün hüquqlar qorunur © 2025