Çapa göndər
Otelə bombalı hücum

18 iyul 2022 - 20:52

Somalinin Cövhər şəhərində bomba yüklü avtomobilin Somali siyasətçilərinin yerləşdiyi otelə çırpılması nəticəsində azı 2 nəfər həyatını itirib, 15-dən çox insan yaralanıb.

Hadisə "Nuur Doob" otelində baş verib.

Somalinin Hirshabelle əyalətinin sözçüsü Daud Hacı İrro hadisə nəticəsində həyatını itirənlərin sayının arta biləcəyini deyib.

Bombalı hücuma görə məsuliyyəti "Əl-Şəbab" terror təşkilatının üzərinə götürdüyü bildirilib.