Nigeriyanın paytaxtı Abucanın kənarında yerləşən Kuje həbsxanasına edilən basqın nəticəsində 900-ə yaxın məhbusun qaçdığı açıqlanıb. Qaçan məhbuslardan 443-nün tutulduğu, qalanlarının isə hələ də qaçaq olduğu öyrənilib. Basqının terror təşkilatı "Boko Haram" tərəfindən həyata keçirildiyi qeyd edilib. İnsident zamanı 4 məhbus, 1 mühafizəçi və çoxlu sayda yaraqlının öldürüldüyü, 16 nəfərin yaralandığı bildirib.
Bütün hüquqlar qorunur © 2024