Çapa göndər
900-ə yaxın məhbus həbsxanadan qaçdı

07 iyul 2022 - 20:56

Nigeriyanın paytaxtı Abucanın kənarında yerləşən Kuje həbsxanasına edilən basqın nəticəsində 900-ə yaxın məhbusun qaçdığı açıqlanıb.

Qaçan məhbuslardan 443-nün tutulduğu, qalanlarının isə hələ də qaçaq olduğu öyrənilib.

Basqının terror təşkilatı "Boko Haram" tərəfindən həyata keçirildiyi qeyd edilib. İnsident zamanı 4 məhbus, 1 mühafizəçi və çoxlu sayda yaraqlının öldürüldüyü, 16 nəfərin yaralandığı bildirib.