Təqvim
Bəxtiyar Vahabzadə: POETİK İŞIQ
30 iyun 2022 - 13:23

POETİK İŞIQ

 

Poetik işartı hər zaman seziləndir, görünəndir. Əsl şairin yaradıcılığında bu işartı bir qədər də aydın duyulur, görünür. Onun yaradıcılığını digərlərindən həm də poetik deyim tərzi fərqləndirir.
Gülağa Tənhanın şeirlərini bu ovqatla oxudum. Tanış mövzulara fərqli yanaşma, həm də poetik yanaşma diqqətimi çəkdi.
Bütün zamanlarda şairlər vətən mövzusuna məsuliyyətlə, sevgilərlə müraciət edib. Onlardan yadda qalanı da var, tarixləşəni, yaddaşlarda yaşayanı da, unudulanı da. Qətiyyətlə deyə bilərəm ki, Gülağa Tənhanın yaradıcılığı diqqətdən kənarda qalası yaradıcılıq deyil. «Qoymurlar səni sevməyə» şeiri vətənə dar düşüncəli, «qart ürəkli» (ifadə Gülağa Tənhanındır) vətəndaşlardan gileydir. Həm də adi giley deyil, poetik gileydir.

Qoymurlar göyümü, yerimi sevim,
Sən mənim qibləmsən, qibləgahımsan,
Qoymurlar sən adda pirimi sevim,
Qoymurlar mən səni sən kimi sevim –

misraları şairin mənəvi dünyasının səyyarəsi kimi alına bilər. Belə olmasaydı şair,

Oğullar Vətənə oğul olmasa,
Vətən də itirər vətənliyini –

qənaətinə gələ bilməzdi. Bu iki misra bugünkü ağrıacılarımızın düsturlaşmış ifadəsidir, yəqinindəyəm.
Gülağa Tənhanın vətən sevgisi qışqırmır, deyir, pıçıldayır. Bu deyimlər, pıçıltılar səmimidir, inandırıcıdır. Buna görə də işığı görünəndir. «Bu kənd məni tanımadı» şeirində bənzərsiz bir təəssüf çırpınır. Bu təəssüfün yeganə yozumu elobanın timsalında Vətən sevgisidir:

Tale durubdu qəsdimə,
Dəyir ərköyün şəstimə,
İtlər atılır üstümə,
Bu kənd məni tanımadı.

Səmimi düşüncənin təzahürü həmişə səmimi misra, səmimi şeir olub. Bu baxımdan Gülağa Tənha səmimi şairdir. Səmimi şair olduğu üçün onun poetik təəssüfünü poetik inam tamamlayır. İnanır ki, şair üçün (həm də vətəndaş üçün!) Vətən cana ruh misallıdır. Gülağa qəriblikdən Vətənə qayıdışı şair üçün (həm də vətəndaş üçün!) belə mənalandırır:

…Sənsiz qərib ölkələrdə,
Bir qara daşmışam, Vətən.
Ruh cana qayıdan təki
Sənə qayıtmışam, Vətən!

Bu qayıdış bənzərsiz qayıdışdır. Qəribliyin sıxılcımlarından sıyrılıb çıxan şairin duyğularını vətən sevgisi durulaşdırır, bu duruluğun özəlliyi

Heç bilmirəm ot basıbmı izimi,
Gur bulaqlar oxuyurmu sözümü?
Ocaq daşı saxlayırmı közümü,
Vəfasını yoxlamağa gəlmişəm –

misralarına tapınır. Misraların işığını «Beyrək kimi», «Hanı Qarabağ, hanı?», «Qaytar Vətən borcunu», «Göz dağımızdı» kimi şeirlərin işığı tamamlayır.
Sevgi bəşəri mövzudur, bəşəriyyətin cığırdaşıdır. Bu mövzuda yazılan şeirlərin hamısı oxucu duyumunun süzgəcindən keçə bilməyib, çoxunun ömrü yazıldığı tarixdə tamamlanıb. Gülağa Tənhanın bu mövzuda yazdığı şeirlərin əksəriyyəti oxunaqlıdır, poetik çalarları ilə səciyyəvidir. Qənaətimi

…Deyəsən, ömürün baharı keçir,
Deyəsən, payızdı…
Durnalar köçür…
Sənsiz ötən aylar bezdirib məni,
Ayların qaraca əlindən alıb,
Gözəlim, ömrümü ömrünə köçür!..

və yaxud

…Bir anlıq qayıdaq ötən illərə,
Ömrümdən, günümdən itən illərə.
Qayıdaq xatirə cığırlarıyla;
Yoluna səpdiyim qızılgüllərin
Qızılı qanına boyanam yenə.
Bir vaxtlar gözündən həsrət dərdiyim,
İntizar üzdüyüm, möhnət dərdiyim
Həmin pəncərədən boylanam yenə…

kimi misralar təsdiqləyir.
Gülağa Tənhanın ictimaisiyasi mövzularda yazdığı şeirlərin əksəriyyəti poetik səviyyəsi ilə seçilir. Onun «Bir qoca boylanı…», «Qocalar evində bir ana gördüm», «Hardasan, Qorqud ata?» kimi şeirləri xatırlatma biçimində heysiyyət harayıdır. Bu haray eşidiləndir, duyulandır və deməli, poetik uğur hesab olunmalıdır.
Mövzu baxımından aktual olan, duyanın duyğularını tarıma çəkən «İki dilənçi» şeiri uğurlu poetik nümunədir. Bu şeir şairin qəlb ağrısının, millixəlqi heysiyyətinin ifadəsi kimi alınmalıdır. Şeirdəki poetik obrazın düşdüyü məhrumiyyətin səbəbləri, bu səbəblərin sintezi kölgədə qalır. Əslində, şeirin uğuru məhz bu amillə də səciyyələndirilməlidir; reallıq, fakt verilir, görünən göstərilir, duyulan təhlilə (poetik təhlilə) cəlb edilmir:

– Nə vaxtdı
Canıma düşüb vərəm.
Sən – pul, mən gecəgündüz
ömürgün dilənirəm.

…Poetik obrazlarla düşünən şair Gülağa Tənhanın yaradıcılığı işıqlı yaradıcılıqdır. Onun şeirlərinin boyu çağdaş poeziyamızda aydınlığı ilə seçilir.


Bəxtiyar Vahabzadə,

25 yanvar, 2004.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
İQTİSADİYYAT
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə