Təqvim
Səxavətli Allah adamı, və ya Zeynəb xanıma 1 gündə 125.000 $ xərcləyən şir ürəkli Gülağa Tənha!!!
15 iyun 2022 - 21:30

Hörmətli redaksiya, salam sizi narahat edən uzun illər Gülağa Tənha ilə birgə işləyən və eyni zamanda Zeynəb xanımı (Zeynəb Məmmədyarova) və onun ailə üzvlərini yaxından tanıyan bir Həci kimi sizin saytda yazılan məqaləyə öz münasibətimi bildirmək istərdim. Gülağa Tənha mənim onu tanıdığım 20 il müddətində nəinki ailə qurduğu hətta müvəqqəti tanış olduğu xanımlarla da səxavətlə və hörmətlə münasibət bəsləyib, hamıya kömək əli uzadıb, yüzlərlə, minlərlə ac ailəni dolandırıb. Dəfələrlə mən onu dayandırmaq istəyəndə, lazımsız yerə az pul xərclə deyəndə Gülağa Tənhanın cavabı bu olub: "Ay Həci, bu pulları mənə Allah verib Allah yolunda da xalqıma xərcləyirəm! Atamın pulları deyil ki, seyfə qoyub atam üçün qoruyam." O, kiminə maşın alıb, kiminə ev bağışlayıb kimin könlündən nə keçibsə həmin xanımın arzularını yerinə yetirib. Gülağa Tənha hər bir xanımından ayrıldığı zaman onun mehrini verib, ondan hallalıq alıb-hətta notarial qaydada belə bir məzmunda sənədlər də var: "Mən (xanımın adı,soyadı,atasının adı) Qənbərov Gülağa Məmi oğluna qarşı heç bir iddiam yoxdu və zəhmətimi ona halal edirəm." Mən hələ elə bir mömin və imkanlı şəxs tanımıram ki, ayrıldığı xanımlardan belə notarial təsdiqlənmiş halallıq sənədi alsın.
Mən Gülağa Tənha ilə Zeynəb xanımın ailə sirlərinə toxunmaq istəmirəm bu onların şəxsi işləridir.Lakin mənim şahidi olduğum və şəxsən özümün Gülağa müəllimin tapşırığı ilə 1 gün ərzində xərclədiyim pullar haqqında sizə məlumat vermək istərdim.
2013 -cü ildə Gülağa Tənha Moskvadan Bakıya gəldi. Onu qarşılayanlardan biri də mən idim. Gülağa Tənha mənə tapşırdı ki: "Zeynəb xanıma zəng et, sabah Eltonu da götürüb Bakıya gəlsin. Onların ürəyindən nə keçir al." Sonra özünün platin və qızıl kredit kartlarını mənə uzatdı. Zeynəb xanımla zəngləşdim və səhəri gün "Park Bulvar" ticarət mərkəzində Gülağa Tənhanın oğlu Eltonla xanımı Zeynəb Məmmədyarovanı qarşıladım. Təxminən saat 15:00-a qədər onlar ürəkləri nə istədisə seçdilər. Sonra isə "Emporium" mağazasına getdik. Orda menecer işləyən Gülağa müəllimin tanışı olan Lala xanımın köməyi ilə Zeynəb xanım üçün təxminən 40.000 dollarlıq pal-paltar aldıq. Sonra isə Rəşid Behbudov küçəsində yerləşən "ALVA" zinyət əşyaları mağazasına getdik. Orada isə Zeynəb xanım özünə təxminən 60.000 dollarlıq hədiyyə seçdi. Zinyət əşyalarının qiymətini görəndə ürəyim qarnıma düşdü,səsim tutuldu... Kənara çəkilib Gülağa müəllimə telefon açdım: "Gülü bu zalımın qızının gözü doymur! 100.000 dollardan çox bazarlıq etmək istəyir...Mən nə edim?" Gülağa müəllimin isə cavabı oldu:"Ay Həci, xəsislik etmə! Oğlumun anasıdır qoy xərcləsin."
Zinyət əşyalarını taxıb güzgüdə özünə baxan Zeynəb xanım Gülağa Tənhaya zəng etdi və gülə-gülə dedi: "Gülüm, özümə ürəyimə yatan bir hədiyyə seçmişəm, bunları mənim üçün alarsan? Bəlkə bunlara baxmaq istəyərsən? Bunları bəyənirsən?"
Təxminən 15-20 dəqiqə sonra Gülağa müəllim gəldi. Hədiyyələrə baxdı və bəyəndi, mənə hədiyyələrin pulunu verməyi tapşırdı. Zeynəb xanımın gözləri par-par parıldayırdı, üzü gülümsəyirdi. Özünü bəlkə də dünyanın ən xoşbəxt xanımı hesab edirdi. Gülağa müəllim mənə dedi: "Ay Həci, oğlumun anasının bu xoşbəxt dəqiqələrini hər hansısa bir pula çevirmək və qiymətləndirmək mümkün deyil. Nə onun atası, nə də onun ayda 1000 manat maaş alan kasıb əri onu belə xoşbəxt edə bilməz." Cavab verməyə söz tapa bilmədim: "Allah ürəyincə versin ay Gülü. Allah səni xoşbəxt eləsin!" dedim.
Həmin gün baş verən bir hadisəni də heç vaxt unuda bilmirəm. Elton atasının boynunu qucaqlayıb İlqar əmi mənə 2000 dollara velosiped alıb dedi. Gülağa müəllim isə cavabında gülə-gülə dedi: "Oğlum, sənin atan Gülağanın pulu olmasa nə baban, nə anan, nə də İlqar əmi heç sənə 20 dollarlıqda hədiyyə almazlar. Bunlar hamısı sənin atan Gülağanın pulu ilə lotuluq edirlər..."
Sonra hamımız birgə restorana getdik. Gülağa müəllim hətta "Emporium" mağazasıda Zeynəb xanıma paltar seçimində kömək edən Lala xanımı da restorana dəvət etdi.
Hörmətli redaksiya siz özünüz baxıb fikirləşin Gülağa Tənha 1 gündə oğlu Eltona və oğlunun anası Zeynəb xanıma təxminən 125.000 dollarıq hədiyyə aldı. Oğlunun xətrinə onun anasına 1 gündə 125.000 dollar pul xərcləyən Gülağa Tənhadan savayı belə bir səxavətli adam tanıyırsınızmı?! Kimin belə səxavətli insandan aliment istəməyə dili gələr?
Hələ mən özüm Gülağa müəllimin tapşırığı ilə Novruz bayramı ərəfəsində Eltona bir neçə dəfə 10.000 manat pul vermişəm. Elton da təbii ki, bu pulları anası ilə birgə xərcləyib.

P.S. Gördüklərimi yazıb sizə göndərməyi oğlumdan xahiş etdim.

Hörmətlə Hacı İlqar!

 

 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
İQTİSADİYYAT
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə