İrəvanda müxalifət tərəfdarları səhər saatlarından etibarən Kiyev körpüsünü betondaşıyıcılarla bağlayıblar. Vətəndaşlar ölkənin Baş naziri Nikol Paşinyanın istefasını tələb etmək məqsədilə yenidən aksiya keçiriblər. Əraziyə çox sayda hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Bildirək ki, Ermənistan müxalifəti aprelin 25-dən Paşinyana qarşı aksiyalar təşkil edir.
Bütün hüquqlar qorunur © 2025