04 may 2022 - 12:19
İrəvanda müxalifət tərəfdarları səhər saatlarından etibarən Kiyev körpüsünü betondaşıyıcılarla bağlayıblar.
Vətəndaşlar ölkənin Baş naziri Nikol Paşinyanın istefasını tələb etmək məqsədilə yenidən aksiya keçiriblər.
Əraziyə çox sayda hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Bildirək ki, Ermənistan müxalifəti aprelin 25-dən Paşinyana qarşı aksiyalar təşkil edir.