Bu gün Bakının Xətai rayonunda məktəbli qız intihar edib. Q.Məmmədov küçəsində yerləşən çoxmərtəbəli binada 02.05.2005-ci il təvəllüdlü Xumar Babayeva özünü yaşadığı binanın 7-ci mərtəbəsindən binadan atıb. Nəticədə o, binanın qarşısında dayanmış 1984-cü il təvəllüdlü Zahid Niyazovun üstünə düşüb. 17 yaşlı Xumar aldığı xəsarətlərdən hadisə yerində ölüb. N.Zahidov isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Qeyd edək ki, ötən gün Xumarın doğum günü olub.
Bütün hüquqlar qorunur © 2025