Çapa göndər
Doğum gününü qeyd etdikdən sonra özünü binadan atdı

03 may 2022 - 16:13

Bu gün Bakının Xətai rayonunda məktəbli qız intihar edib.

Q.Məmmədov küçəsində yerləşən çoxmərtəbəli binada 02.05.2005-ci il təvəllüdlü Xumar Babayeva özünü yaşadığı binanın 7-ci mərtəbəsindən binadan atıb. 

Nəticədə o, binanın qarşısında dayanmış 1984-cü il təvəllüdlü Zahid Niyazovun üstünə düşüb. 17 yaşlı Xumar aldığı xəsarətlərdən hadisə yerində ölüb. N.Zahidov isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, ötən gün Xumarın doğum günü olub.