Danimarkanın irqçi Sıx İstiqamət Partiyasının lideri Rasmus Paludan İsveçin Uppsala şəhərindəki məscidin qarşısında Qurani-Kərim kitabını yandırmaq istəyib. Əraziyə cəlb olunan polis əməkdaşları Paludanı mühafizə edib. Əks-nümayişçilərdən 10 nəfər Paludan tərəfə qaçaraq onun təxribatının qarşısını almağa çalışıb. Nümayişçilərdən qorxan Paludan maşınına əyləşərək dərhal hadisə yerindən qaçıb. Ərazidə xidmət aparan 50-yə yaxın polis nümayişçiləri sakitləşdirməyə cəhd göstərib. Bu xoşagəlməz olaydan sonra açıqlama verən polis orqanları bir avtomobilin zədələndiyini və hadisənin digər bölgələrə yayılmasının qarşısını almaq üçün tədbirləri davam etdirdiklərini bildirib.
Bütün hüquqlar qorunur © 2024