02 may 2022 - 14:40
Danimarkanın irqçi Sıx İstiqamət Partiyasının lideri Rasmus Paludan İsveçin Uppsala şəhərindəki məscidin qarşısında Qurani-Kərim kitabını yandırmaq istəyib.
Əraziyə cəlb olunan polis əməkdaşları Paludanı mühafizə edib. Əks-nümayişçilərdən 10 nəfər Paludan tərəfə qaçaraq onun təxribatının qarşısını almağa çalışıb. Nümayişçilərdən qorxan Paludan maşınına əyləşərək dərhal hadisə yerindən qaçıb.
Ərazidə xidmət aparan 50-yə yaxın polis nümayişçiləri sakitləşdirməyə cəhd göstərib. Bu xoşagəlməz olaydan sonra açıqlama verən polis orqanları bir avtomobilin zədələndiyini və hadisənin digər bölgələrə yayılmasının qarşısını almaq üçün tədbirləri davam etdirdiklərini bildirib.