ABŞ Ukrayna ordusuna Almaniyada təlim keçməyə başlayıb. Bu barədə Pentaqonun sözçüsü Con Kirbi bildirib. "Haubitsaların istifadəsi üzrə təlimlər gedir. Artıq iki mərhələli təlim keçirilib, yenisi Almaniyada başlayıb", - Kirbi deyib. Kirbi bildirib ki, təlimlərin çoxu Florida Milli Qvardiyası tərəfindən aparılır. O qeyd edib ki, təlimlər Ukraynadan kənarda üç yerdə keçirilir, lakin digər ikisi açıqlanmır.
Bütün hüquqlar qorunur © 2025