Çapa göndər
ABŞ hərbi qüvvələri Ukrayna ordusuna təlim keçməyə başlayıb

30 aprel 2022 - 10:36

ABŞ Ukrayna ordusuna Almaniyada təlim keçməyə başlayıb.

Bu barədə Pentaqonun sözçüsü Con Kirbi bildirib.

"Haubitsaların istifadəsi üzrə təlimlər gedir. Artıq iki mərhələli təlim keçirilib, yenisi Almaniyada başlayıb", - Kirbi deyib.

Kirbi bildirib ki, təlimlərin çoxu Florida Milli Qvardiyası tərəfindən aparılır. O qeyd edib ki, təlimlər Ukraynadan kənarda üç yerdə keçirilir, lakin digər ikisi açıqlanmır.