Təqvim
Gülağa Tənha : ƏRKİVANLILARA müraciət !
16 aprel 2022 - 11:02

Əziz həmyerlilərim, Mən Qənbərov Gülağa Məmi oğlu Masallı rayonunun Ərkivan kəndində (indiki Ərkivan qəsəbəsində) dünyaya göz açmışam.

 

 

Ərkivanın hər bir qarış torpağı,kasıbı-varlısı , ziyalısı, eyni zamanda xəstəsi də mənə əzizdir, doğmadır! Çünki, biz hamımız bir kəndin övladıyıq , eyni havanı udub, eyni bulaqdan su içmişik ...

 

 

Dünyanın hər hansı bir nöqtəsində olmasından asılı olmayaraq çalışmışam ki , Azərbaycanın, ilk növbədə isə Ərkivanın-dünyaya göz açdığım diyarın adını ucaldım .

 

Hər dəfə Ərkivana gələndə səmimi duyğularla gəlmişəm. Ərkivanda olduğum vaxt mənə ünvanlanan arzuları - xahişləri layiqincə yerinə yetirə bilmədiyim üçün cəhənnəm əzabı çəkmişəm... Üzüm gülsə də, ürəyimdə ağlamışam! Mənim üçün DOĞMA ƏRKİVANIM- həyatımın mənası , ata-babalarımın məzarı yerləşən müqəddəs torpaqdır! Bu torpağın insanlarının xoşbəxt olması naminə, mən, Gülağa Tənha təkcə var – dövlətimdən deyil, hətta canımdan belə keçməyə hazıram! Heç kim məni öz əqidəmdən döndərə bilməz, heç ölüm də öz Doğma Ərkivanımdan ayıra bilməz! Ərkivanda öz sağlığımda özümə qəbir qazmışam . Mənim canlı və cansız varlığım doğma diyarım Ərkivana məxsusdur!

 

 

Sizə Ərkivanın Bağlaküçə məhəlləsində , bizim evdən 3 ev aralıda yaşamış , el ağsaqqalı , xeyirxah insan , rəhmətlik molla Qulamhüseyndən danışacam . Hamı ona qəssab Qulamhüseyn deyirdi. Hər həftə ət kəsib, satardı. Əti nisyə paylayardı, pulunu 5-10 günə ancaq toplayardı... Mən ət almağa gedəndə sevinərdim... Bilirdim ki, Qulamhüseyn əmi çox xeyirxah insandır! Kəsdiyi malın içalatını qonşulara Allah yolunda paylayırdı.

 

 

Digər qonşumuz montiyor Sabir idi. Rəhmətlik Sabir əmi həm də anamın xalası oğludur. Qızı hörmət bəslədiyim şairədir . Sabir əmi müdrük insan idi. Dediyi sözün kəsəri olardı. Ən əsası isə Allah adamı idi, xeyirxah insan kimi hamıya kömək edərdi .

 

 

Ərkivanda hamının tanıdığı belə xeyirxah qəssab və montiyorlar var idi... Belə qəssablara , montiyorlara mənim böyük hörmətim var . Çünki onlar yerlərini və danışıqlarını bilən , dövlət siyasətinə hörmətlə yanaşan müdrük el ağsaqqalları idilər...

 

 

Reket fikirli jurnalistin dərk etmədiyi, xalqa qərəzli məlumat verərək,dövlətimizin siyasətinə zidd olaraq sadə xalq kimi təqdim etdiyi qəssab və montiyorlar başqa düşüncəli şəxslərdir. Onlar öz ağalarından aldığı ənam müqabilində dövləti satanlar, cənab Ali Baş Komandana zidd gedənlər - araqarışdıranlardır .

Mən əminəm ki, Ərkivanda belə cılız düşüncəlilər yoxdur!

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
İQTİSADİYYAT

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə