Ukraynanın Xarkov vilayətindəki Olxovka yaşayış məntəqəsi azad edilrəkən orada rusiyalı hərbçilərin kütləvi məzarlığı aşkarlanıb. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Strateji Kommunikasiyalar İdarəsi açıqlama ilə çıxış edib. Ukrayna ordusunun 92-ci mexanikləşdirilmiş briqadası Olxovkada dərin və böyük çuxura atılmış onlarla rusiyalı hərbçinin cəsədini tapıblar. Onları rusiyalı hərbçilər döyüş zamanı ataraq qaçıblar. Olxovka uğrundakı döyüşlərdə Rusiya Müdafiə Nazirliyinin 138-ci motoatıcı briqadasının 2 batalyon taktiki qrupu və 59-cu tank alayının qrupu məhv edilib. 60 rusiyalı hərbçi əsir alınıb.
Bütün hüquqlar qorunur © 2025