09 aprel 2022 - 21:46
Ukraynanın Xarkov vilayətindəki Olxovka yaşayış məntəqəsi azad edilrəkən orada rusiyalı hərbçilərin kütləvi məzarlığı aşkarlanıb.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Strateji Kommunikasiyalar İdarəsi açıqlama ilə çıxış edib.
Ukrayna ordusunun 92-ci mexanikləşdirilmiş briqadası Olxovkada dərin və böyük çuxura atılmış onlarla rusiyalı hərbçinin cəsədini tapıblar.
Onları rusiyalı hərbçilər döyüş zamanı ataraq qaçıblar.
Olxovka uğrundakı döyüşlərdə Rusiya Müdafiə Nazirliyinin 138-ci motoatıcı briqadasının 2 batalyon taktiki qrupu və 59-cu tank alayının qrupu məhv edilib. 60 rusiyalı hərbçi əsir alınıb.