Təqvim
Gülağa Tənha Bakı Bəyannaməsinin əhəmiyyətindən danışdı
30 mart 2022 - 10:29

Milli Məclisdə Azərbaycan, Pakistan və Türkiyə parlament sədrlərinin Birinci Üçtərəfli Görüş çərçivəsində imzalanan Bakı Bəyannaməsinin imzalanması hər üç ölkənin parlamentarizm tarixində önəmli hadisələrdən biridir.

 

Sənəddə dövlətlərimiz və millətlərimiz arasında mövcud əlaqələrin daha da dərinləşdirilməsi üçün 3 ölkə arasındakı parlamentar dialoq və əməkdaşlığın gücləndirmənin vacibliyi vurğulanır. Bu isə öz növbəsində Azərbaycan, Türkiyə və Pakistan üçtərəfli strateji tərəfdaşlıq, müttəfiqlik münasibətlərinin parlamentlər səviyyəsində də inkişaf etdirilməsi və daha yüksək müstəviyə daşınması deməkdir.

 

Sənəddə yer alan mühüm məqamlardan biri yerləşdikləri bölgələrdə sabitlik, təhlükəsizlik və rifahı inkişaf etdirmək üçün Azərbaycan, Pakistan və Türkiyə arasında daha əhatəli əməkdaşlığın strateji əhəmiyyətinin xüsusi olaraq vurğulanmasıdır. Bu da hər üç ölkənin müasir dövrdə müstəsna əhəmiyyətə malik olan məsələlərlə bağlı strateji əməkdaşlıqlarını bundan sonra da inkişaf etdirəcəkləri, xaricdən dəstəklənən terror hücumlarının təhdidinə, kiber hücumlara, hibrit müharibələrinə, hədəfli dezinformasiya kampaniyaları və bir çox ölkədə müsəlman cəmiyyətlərinin sülh içində bir yerdə yaşamasına təsir göstərən, artan islamofobiyaya meyilli ölkələrin qarşı-qarşıya olduğu saysız çətinliklərə və ortaya çıxan təhdidlərə qarşı birgə hərəkət edəcəklərini bir daha təsdiqləyir

 

Azərbaycan daim yeniləşməyə, təkmilləşməyə maraqlı olan ölkə kimi diqqətdədir.  Üçtərəfli parlametlərarası  platformanın formalaşması hər bir ölkənin inkişafında parlamentin roluna, qəbul olunan yeni, təkmil qanunların yol açdığı uğurlara işıq salır. Pakistan və Azərbaycan bütün məsələlərdə hər zaman bir-birini dəstəkləyən qardaş ölkələrdir. Türkiyə və Azərbaycan qədər dünyada biri-birinə bağlı olan dövlətlər yoxdur. Dostluq, qardaşlıq prinsiplərinə söykənərək yaradılan parlamentlərarası birlik illər keçdikcə daha da möhkəmlənərək   təcrübə mübadiləsinin genişlənməsi fonunda   daha təkmil  qanunların qəbuluna öz müsbət təsirini göstərəcək

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
İQTİSADİYYAT
Gülağa Tənha: LALƏNİN QARA XALI18:26, 24 iyun 2022
Ruslar Ukraynanın daha bir şəhərini tamamilə zəbt etdilər 18:23, 24 iyun 2022
Azərbaycan, Ermənistan və Rusiyanın baş prokurorları arasında görüş keçirildi 18:20, 24 iyun 2022
Bayden Azərbaycanla bağlı qərar imzaladı 13:59, 24 iyun 2022
Ermənilər Göyçə gölünü qurudur 13:15, 24 iyun 2022
PKK-nın rəhbər şəxslərindən biri məhv edildi 13:00, 24 iyun 2022
Rəsul Rzanın ev-muzeyi yaradılacaq 15:37, 23 iyun 2022
İlham Əliyev Qırğızıstanla Anlaşma memorandumlarını TƏSDİQLƏDİ 15:34, 23 iyun 2022
91 yaşlı milyarder model arvadından BOŞANIR 15:32, 23 iyun 2022
Gülağa Tənha: XALQIN VƏKİLİ – SƏN12:24, 23 iyun 2022
SEPAH-ın kəşfiyyat xidmətinin rəhbərinə sui-qəsd oldu12:17, 23 iyun 2022
İlham Əliyev Rumıniya nümayəndə heyətini qəbul etdi 12:16, 23 iyun 2022
İlham Əliyevin Özbəkistana səfəri başa çatdı 17:46, 22 iyun 2022
Braziliya gözəli vəfat etdi 17:42, 22 iyun 2022
Şair, aktyor və tənqidşünaslar məclisi: Gülağa Tənha-Nizaməddin Şəmsizadə-İlham Əskərov-Vaqif Yusifli15:12, 22 iyun 2022
Rusiyada hərbi hissədə güclü partlayış baş verdi 15:09, 22 iyun 2022
Rusiyanın S-300 müdafiə sistemləri Belarusa aparıldı 14:54, 22 iyun 2022
Füzulidə şirkət rəsmisini ilan sancdı 14:51, 22 iyun 2022
Bülənt Ərsoyun məzarına lift də quraşdırılacaq 17:55, 21 iyun 2022
FİFA Rusiyaya qadağını uzatdı 17:51, 21 iyun 2022
 

Bütün hüquqlar qorunur © 2022

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə