Rusiya Silahlı Qüvvələrinin Qərb Hərbi Dairəsinin Mühafizə Tank Ordusunun mühəndis qoşunlarının rəisi, polkovnik Nikolay Ovçarenko İzyum rayonu Severski kəndi ərazisindən keçən Şimali Donets çayı üzərində ponton-körpü tikən qoşun qrupuyla birlikdə öldürülüb. Ukraynanın daxili işlər nazirinin müavini Vadim Denisenko bu barədə "Rada" telekanalının efirində məlumat verib. N.Ovçarenko ilə birlikdə Rusiya Müdafiə Nazirliyinin Qərb Hərbi Dairəsinin 45-ci əlahiddə mühəndis-istehkam briqadasının )11361 h/h) 18 hərbçisi həlak olub, 46 nəfər yaralanıb. N.Ovçarenko Qərb Dairəsinin şəxsi heyəti arasında peşəkarlığı ilə ad çıxarmış zabit idi.
Bütün hüquqlar qorunur © 2025