22 mart 2022 - 17:50
Rusiya Silahlı Qüvvələrinin Qərb Hərbi Dairəsinin Mühafizə Tank Ordusunun mühəndis qoşunlarının rəisi, polkovnik Nikolay Ovçarenko İzyum rayonu Severski kəndi ərazisindən keçən Şimali Donets çayı üzərində ponton-körpü tikən qoşun qrupuyla birlikdə öldürülüb.
Ukraynanın daxili işlər nazirinin müavini Vadim Denisenko bu barədə "Rada" telekanalının efirində məlumat verib.
N.Ovçarenko ilə birlikdə Rusiya Müdafiə Nazirliyinin Qərb Hərbi Dairəsinin 45-ci əlahiddə mühəndis-istehkam briqadasının )11361 h/h) 18 hərbçisi həlak olub, 46 nəfər yaralanıb.
N.Ovçarenko Qərb Dairəsinin şəxsi heyəti arasında peşəkarlığı ilə ad çıxarmış zabit idi.