Təqvim
Asif Mərzili : Gülağa Qənbərovun xeyriyyəçilik dərsi
14 mart 2022 - 11:07

Gülağa Qənbərovun xeyriyyəçilik dərsi

 

O, təmənnasız xeyriyyəçiliyi ilə çoxlarına əsl xeyriyyəçiliyin əlifbasını öyrətdi və yeni ənənəni qoydu.
Tanınmış iş adamı, şair, xeyriyyəçi, tikinti texnologiyaları üzrə alim-mütə-xəssis Gülağa Tənha Azərbaycanın xeyriyyəçilik məkanında öz dəsti xəttini yazdı. Əməli adından və özündən qabaq görünən soydaşımız Rusiyada əməli-rüzgar fəa-liyyətinin bəhrəsini Azərbaycana gətirməklə çoxlarına təmənnasız xeyriyyəçilik dərsi keçdi...
O, xeyriyyəçiliyindən qabaq özü görünən və bahalı reklamları, televiziya verlişlərini bəzəyən bir çox xeyriyyəçilərə Zeynalabdin Tağıyev xeyriyyəçiliyindən öyrənməyi anlatdı. Onun Azərbaycanın tanınmış və ahıl şair və yazıçılarına, bəstə-kar və müğənnilərinə, bir sözlə, Azərbaycanın seçimli ziya işıqlılarına daxili milli ruha köklənmiş qayğısı yəqin ki, kimsənin ağlına gəlməmişdi. Çünki o, düşündü-yünü etmir, həm də etdiklərini düşünür, yaradır, özündən sonra qoyub gedir...
O, xeyriyyəçiliyində təmənna güdənlərə daha bir yol göstərdi – kimsənin eh-tiyaclarından şəxsi ehtiyacları naminə reklam kimi istifadə etməmək! Onun mənti-qi ilə desək, məgər Z.Tağıyev tikib qoyduqlarını, etdiklərini, qayğı və köməklərini reklamı üçün edirdimi? Özünü reklam naminə xeyriyyəçiliyin mayasında daxili tə-kəbbür və ruhuna dinclik təmənnası durursa, bunun adı nədir görəsən? Bu gün Z.Tağıyevin ən böyük reklamı tikdirdiklərinin canlı və əbədi varlığı deyilmi?
...Və Gülağa Tənhanın bir fərqi də ondadır ki, sağlığında özünə rəhmət qaza-nır!..
İçində işıq, qəlbində böyük və milli duyğu yaşayan insanların əməlləri də böyük olur. Məgər Şirvan bölgəsində, yaxud Şamaxıda xeyriyyəçilər – pullular yox idimi? Amma Gülağa Tənha Moskvadan Şamaxıyadək olan uzun məsafənin arxasında elə bu qədər də böyük ürəyinin hissiyyatı ilə M.Ə.Sabirin köhnə məqbərəsinin inşasını qoydu...
Bəlkə Təhsil Nazirliyinin balansında olan Şüvəlandakı əqli cəhətdən zəif uşaqların oxuyub-yaşadığı xüsusi internat məktəbinin nimdaş görkəmini bu nazirli-yin naziri görmürdü?

 

Amma Gülağa Tənha bunu Moskvadan Bakıya uzanan sevgilərinin işıq sürə-tində görürdü. Şəxsi büdcəsindən 1 milyon dollara yaxın vəsait qoyaraq, bu məktəbi öz adına, xeyriyyəçilik əməlinə layiq vəziyyətə gətirdi. O ki bunu özü üçün etmədi!!! Tikdi – Təhsil Nazirliyinə və bir də orada oxuyan və oxuyacaq uşaqlara qaldı! Deməli, Gülağa Tənhadan həmişəlik bir məktəb-tikili qaldı...

 

Onun idmançılara qayğısı dövlət başçısı İlham Əliyevin idmana qayğısı ilə üst-üstə düşdü. Bu, xeyriyyəçiliyin yeni, özünəməxsus yolu idi. Onsuz da iqtisadi qüdrətə, pula, vəsaitə güvənli dövlətə kömək etmək, idmançılara əlavə diqqət gös-tərməkdir! Nazirlərimiz və iş adamlarımız var ki, var-dövlətlərini milli kağız pulu-muza çevirib bir yerə yığsaq, yəqin ki, Şüvəlandakı internat boyda pul tayası əmələ gələr. Bəs niyə Azərbaycanda qazanılan bu pullar belə məktəblərə, məscidlərə, məqbərələrə... çevrilmir? Bəs necə olur ki, Rusiyada, diğər xarici ölkələrdə qaza-nılan pullar Azərbaycanda əməli xeyriyyəli işlərə çevrilə bilir?
Bax Gülağa Tənha bu çevrilmənin sirrini ortaya qoyan xeyriyyəçi oldu...

 

...Azərbaycan xalqının boğazından, süfrəsindən kəsilən pullarla bu xalqa məscid tikdirib, özünə xeyriyyəçi titulu tikənləri də tanıyırıq. Tanrı belə ibadət yer-lərindəki dualara öz böyüklüyü ilə necə reaksiya verir, bunu deyə bilmərik. Amma Gülağa Tənhanın bu mənada Tanrı yanında da üzü ağdır. Çünki o, bu xalqın Tanrı-dan kömək diləyən - dua edən hissəsinin süfrəsindən kəsilən pullarla məscid tikdi-rib, sonra da həmin ibadət yerində Tanrıya dilək etdirmir. O, şəxsi pulundan-vəsai-tindən yaradıb Yaradana sitayiş etdirir, dərgahına üz tutur...

 

Xeyli vaxtdır Azərbaycan xeyriyyəçiliyində bu imza arzulananlardandır. Özü Azərbaycanda olmasa da, adı və ünvanı Vətəndə olan Gülağa Tənhanı Vətənə gətirən və Vətəndən aparan bir qüvvə də var. O, aparmaq üçün gətirilmir, gətirmək üçün aparılır!!!
Görünür, “Vətənə dönməyim gəlir” məşhur şerindəki duyğuları da onu Və-təndən aparıb – Vətənə gətirən ilahi qüvvənin təsir dairəsindən şerləşib.
...Mənə elə gəlir ki, ən azı MTN-nin hesabatında, yəni kitab-dəftərində pulu-nun sayı dəqiq bilinən, Azərbaycanda pul qazanan iş adamlarımızın Azərbaycanda pul qazanmadan burada nümunəvi xeyriyyəçilik məktəbi quran Gülağa Tənhadan dərs alması vacibdir – yəqin ki, sözün hər iki mənasında...

Asif Mərzili

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
İQTİSADİYYAT
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə