Mariupolda 86 Türkiyə vətəndaşının sığındığı məscid bombalanıb. Ukrayna Xarici İşlər Nazirliyi Ukraynanın Mariupol şəhərində 34-ü uşaq olmaqla 86 türkün sığındığı Süleyman məscidinin Rusiya qüvvələri tərəfindən bombalandığını açıqlayıb. Səfirlik yerli mənbələrə əsaslanaraq Rusiya artilleriyasının səhər saatlarından şəhərə, o cümlədən məscidə hava hücumunun davam etdiyini bildirib. Hücumlardan sonra ölən və ya yaralılar barədə məlumat açıqlanmayıb.
Bütün hüquqlar qorunur © 2025