12 mart 2022 - 18:32
Mariupolda 86 Türkiyə vətəndaşının sığındığı məscid bombalanıb.
Ukrayna Xarici İşlər Nazirliyi Ukraynanın Mariupol şəhərində 34-ü uşaq olmaqla 86 türkün sığındığı Süleyman məscidinin Rusiya qüvvələri tərəfindən bombalandığını açıqlayıb.
Səfirlik yerli mənbələrə əsaslanaraq Rusiya artilleriyasının səhər saatlarından şəhərə, o cümlədən məscidə hava hücumunun davam etdiyini bildirib.
Hücumlardan sonra ölən və ya yaralılar barədə məlumat açıqlanmayıb.